"Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz".
"Operativ Media" xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevə feysbukda bildirib.
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib" - deyə o, qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın polis oqranına gətirilərək saçının kəsilməsi ilə bağlı görüntülər yayılıb.






