Menyu

Fərid Qayıbov FİG prezidenti seçkilərində uduzdu

Əziz Əzizli
Fərid Qayıbov FİG prezidenti seçkilərində uduzdu
1 dəq oxu

Dohada (Qətər) Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçirilir.

"Operativ Media" xəbər verir ki, Konqres çərçivəsində FIG prezidenti seçkiləri keçirilib.

Yaponiyalı Morinari Vatanabe 102 səs (65,38%) toplayıb və yenidən təşkilatın prezidenti seçilib.

Onun rəqibi, Avropa Gimnastikasının rəhbəri, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov 54 səs (34,62%) toplayıb.

Əlaqəli Xəbərlər