Menyu

"Real Madrid" Ançelotti ilə yolları ayıra bilər

Əziz Əzizli
"Real Madrid" Ançelotti ilə yolları ayıra bilər

İspaniya çempionatının 11-ci turunda "Barselona"ya 0:4 hesablı məğlubiyyətdən sonra "Real Madrid" rəhbərliyinin bir hissəsi komandanın italiyalı baş məşqçisi Karlo Ançelottinin istefaya göndərilməsini tələb edib.

"Operativ Media"nın məlumatına görə, bu haqda "Relevo" xəbər yayıb.

Onlar Ançelottinin gənc futbolçulara skeptik münasibətindən və oyuna vaxt ayırmamasından narazıdırlar.

Kral Klubunun rəhbərliyi Ançelottinin əməyini yüksək qiymətləndirir, lakin onun komandadakı dövrünün başa çatdığına inanır. Soyunub-geyinmə otağında futbolçular arasında da gərginlik olduğu bildirilir.

Ançelotti 5 dəfə Çempionlar Liqası kubokunu qazanan yeganə məşqçidir (iki dəfə "Milan"ın baş məşqçisi kimi, üç dəfə "Real Madrid"lə).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər