Menyu

Nizami rayonunda avtomobil qaçırılıb

Nərmin Qocamanlı
Nizami rayonunda avtomobil qaçırılıb
1 dəq oxu

Paytaxtın Nizami rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması və avtomobildə olan bank kartından 491 manatın çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Lökbatan qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb. 

Nəqliyyat vasitəsini qaçırmaqda və oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini  Z.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər