Menyu

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazandı

Əziz Əzizli
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən "International Challenge" seriyalı "YONEX Dutch Open" beynəlxalq turnirində gümüş medal qazanıb.

"Operativ Media" xəbər verir ki, Keişa Fatimə Zəhra qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib.

Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib.

Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.

Teqlər:

"Az\u0259rbaycan badminton\u00e7usu beyn\u0259lxalq turnird\u0259 g\u00fcm\u00fc\u015f medal qazand\u0131"

Əlaqəli Xəbərlər