Menyu

Ruben Amorim "Mançester Yunayted"ə rəhbərlik etməyə razılaşıb

Əziz Əzizli
Ruben Amorim "Mançester Yunayted"ə rəhbərlik etməyə razılaşıb
1 dəq oxu

Portuqaliya "Sportinq"inin baş məşqçisi Ruben Amorim İngiltərə "Mançester Yunayted"inin təklifini qəbul edib və komandaya rəhbərlik edəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda "Manchester Evening News" məlumat yayıb.

Oktyabrın 28-də "Mançester Yunayted" hollandiyalı Erik ten Haaqı baş məşqçi postundan uzaqlaşdırıb.

39 yaşlı Amorim 2020-ci ilin mart ayından "Sportinq"ə başçılıq edir. Bundan əvvəl o, Portuqaliya "Braqa"sını çalışdırıb.

Əlaqəli Xəbərlər