http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb

19 Yanvar 2023 , 11:15
İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən "Operativ Media"ya bildirilib ki, yanvar ayının 17-də saat 05:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə “Toyota Pirus” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar.

Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-cı il təvəlüdllü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəlüdllü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəlüdllü Hüseyinov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilmişdir.

Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), 290 ədəd psixotrop həb (“metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • 23:50

    ABŞ-də atışma olub
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu