Menyu

Azərbaycan minifutbol yığmasının Avropa reytinqindəki yeri bilindi

Əziz Əzizli
Azərbaycan minifutbol yığmasının Avropa reytinqindəki yeri bilindi
1 dəq oxu

Azərbaycanın minifutbol yığması Avropa reytinqində ikinci pillədə qərarlaşıb.

"Operativ Media" xəbər verir ki, millimiz Avropa Minifutbol Federasiyasının açıqladığı reytinq cədvəlində 1425 xalla ikincidir.

Komanda yalnız Rumıniyadan (1540) geri qalıb. Son Avropa çempionu Serbiya (1305) üçüncü, Qazaxıstan (1040) isə dördüncü sırada yer alıb.

Qeyd edək ki, ilk "onluq"da həmçinin Bolqarıstan (855), Fransa (815), Slovakiya (745), Montoneqro (685), Macarıstan (665) və Çexiya (655) kollektivləri də var.

Əlaqəli Xəbərlər