"Araz-Naxçıvan" Qara Qarayev transferini açıqladı
Əziz Əzizli
"Araz-Naxçıvan" Qara Qarayevin transferini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək, eləcə də əsas millisində çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net