Menyu

Benzema: Vinisius "Qızıl top"a layiq idi

Əziz Əzizli
Benzema: Vinisius "Qızıl top"a layiq idi

"Real Madrid"in və Fransa millisinin sabiq futbolçusu, 2022. “Qızıl top”un sahibi, Səudiyyə Ərəbistanının “Əl İttihad”ının hücumçusu Kərim Benzema builki “Qızıl top”un nəticələrini şərh edib.

"Operativ Media" xəbər verir ki, bu haqda "El Chiringuito" məlumat yayıb.

"Vinisius "Qızıl top"a layiq idi. Mənim Rodriyə qarşı heç bir şeyim yoxdur. O, yaxşı oyunçudur, lakin o, mənim "Vau" deyərək reaksiya verə biləcəyim heç bir iş görmür".

İlin ən yaxşı futbolçusu mükafatını İngiltərə çempionu “Mançester Siti”nin yarımmüdafiəçisi və İspaniyanın Avropa çempionu Rodri qazanıb.

İkinci yeri İspaniya çempionu və Çempionlar Liqasının qalibi, “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior tutub. 

Ötən mövsüm Rodri "Mançester Siti" ilə 50 matçda iştirak edib, 9 qol vurub, 14 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər