http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

19 Yanvar 2023 , 14:43
Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəlcə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər, Balakən və Zaqatala rayon sakinləri- Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin narkotik vasitəni Qax rayon sakini Vüqar Osmanovdan aldıqları müəyyən edilib. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş  Vüqar Osmanov da şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, metamfetamin, narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Faktlarla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu