http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

İrandan idarə olunan profillərin "Operativ Media"ya yürüşü - FOTOLAR

19 Yanvar 2023 , 14:55
İrandan idarə olunan profillərin "Operativ Media"ya yürüşü - FOTOLAR

Bir müddətdir “Operativ Media”nın feysbuk səhifəsinə yazılan rəylər diqqətimizi çəkib.

Belə ki, səhifədə İranla və İsraillə bağlı xəbərlərə çoxlu şərh yazılır. Həmin şərhlərdə isə İsrailə lənət oxunur, İran təriflənir, Azərbaycan hakimiyyəti tənqid edilir, Ermənistan-İran münasibətlərinə haqq qazandırılır və.s

Bütün bunları müşahidə etdikdən sonra rəylərin digər izləyicilər arasında çaşqınlıq yaratmaması üçün feysbukun “gizlət” funksiyasından istifadə etdik. (Bu funksiyadan istifadə zamanı yazılan rəyləri səhifənin digər izləyiciləri görmürlər)

Profillərə daxil olduq, qısa araşdırma etdik: həmin hesablarda heç bir paylaşımlar edilmir. Hesablara daxil olduqda onların 50-100 nəfər dostu olduğunu və yalnız bir profil şəkli paylaşdığını görə bilərik.

Bu hesablar saxtadır və böyük ehtimalla İranın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda ictimai fikri yayındırmaq məqsədilə yaradılıb və istifadə edilir.

Maraqlısı ondadır ki, bu hesablardan bir neçəsini blok etdikdə, yenə feysbukun “Yeni hesablarını da əngəllə” funksiyasından istifadə etdik. Amma rəylərlə bağlı heç bir azalma olmadı.

Bu isə o deməkdir ki, hesablar bir neçə mərkəzdən idarə olunur.

Səhifə izləyicilərimizdən bu cür rəylərə qarşı diqqətli olmalarını xahiş edirik. Bu hesabların saxta və ölkəmizə qarşı istifadə edildiyini unutmayın.  

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu