http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

XİN-də 20 Yanvarla bağlı anım tədbiri keçirilib

19 Yanvar 2023 , 15:49
XİN-də 20 Yanvarla bağlı anım tədbiri keçirilib

19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Anım tədbirində çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov, 20 Yanvarın tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan xalqının mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini diqqətə çatdırıb.

Nazir müavini Xələf Xələfov çıxışı zamanı, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdən, o cümlədən hadisələrə siyasi-hüquqi qiymətin verilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.

Nazir müavini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun 30 illik işğala son qoymasının ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunu şad etdiyini, parlaq Zəfərimizin bu gün regionda yeni reallıqlar yaradaraq bu kimi faciələrin təkrarlanmamasına zəmin yaratdığını vurğulayıb.

Xələf Xələfov, çıxışında post-münaqişə dövründə regionda yeni reallıqlardan, Ermənistanın davamlı hərbi-siyasi təxribatlarından, habelə Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz aksiyasına səbəb olan hadisələrin bölgədə sabitliyin təmin olunmasına maneə törətməsindən bəhs edərək, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində öz səylərini davam etdirdiyini diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu