Menyu

Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Nərmin Qocamanlı
Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək
1 dəq oxu

Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb:

“Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".

Bakıda bu gün start götürən yorğa atların çempionatından da söz açan B.Nəbiyev 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olmasına çalışdıqlarını söyləyib.

Əlaqəli Xəbərlər