"Sumqayıt" 70-ci ev qələbəsini qazandı
Əziz Əzizli
“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb.
"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.“Gənclik şəhəri” təmsilçisi öz meydanında “Sabah”a qalib gəlib – 1:0.
Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.
Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net