Menyu

67 matç sonra "Qarabağ"ın oyununda qol vurulmayıb

Əziz Əzizli
67 matç sonra "Qarabağ"ın oyununda qol vurulmayıb
1 dəq oxu

İki ildən sonra "Qarabağ"ın oyununda qolsuz heç-heçə qeydə alınıb.

"Operativ Media" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XII turunda "Turan Tovuz"la heç-heçə (0:0) edən Ağdam təmsilçisinin əvvəlki ardıcıl 67 matçında ən azı bir komanda qol sevinci yaşayıb.

"Köhlən atlar" 2022-ci il noyabrın 28-də "Zirə" ilə qolsuz bərabərliyə razı olub.

Bu, ölkə çempionatları tarixində ikinci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord “Şahdağ Qusar”a məxsusdur. Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. Üçüncü göstəriciyə malik “Şamaxı”nın hesabında 59 oyunluq seriya var

Əlaqəli Xəbərlər