Təxirə salınan "Zirə" - "Araz-Naxçıvan" oyunu Rauf Cabbarova tapşırıldı
Əziz Əzizli
Misli Premyer Liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.
Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.
Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net