Menyu

Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Əziz Əzizli
Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib
1 dəq oxu

Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub.

"Operativ Media" xəbər verir ki, finalda "Azərreyl" və “Xilasedici” komandaları qarşılaşıblar.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da komanda ölkə kubokunun qızıl medallara sahib çıxıb.

Qadınların mübarizəsində isə "Gəncə" komandası bu gün "Abşeron”la üz-üzə gələcək. Eyni məkanda təşkil olunacaq matç saat 18:00-da başlayacaq.

Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma və yarışın bağlanış mərasimi keçiriləcək.

Əlaqəli Xəbərlər