Menyu

Ərdoğan Trampı təbrik edib

Nərmin Qocamanlı
Ərdoğan Trampı təbrik edib
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə liderinin "X" hesabında paylaşım edilib:

"Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərini böyük bir mübarizə nəticəsində qazanan və yenidən ABŞ Prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.

Amerika xalqının seçimi ilə başlayacaq bu yeni dövrdə, Türkiyə-ABŞ əlaqələrinin güclənməsini, Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal miqyasda baş verən böhranların, müharibələrin sona çatmasını diləyir; daha ədalətli bir dünya üçün daha çox səy göstəriləcəyinə inanıram.

Seçkilərin dost və müttəfiq ABŞ xalqı və bütün insanlıq üçün xeyirli olmasını arzulayıram".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər