Menyu

“Sabah” Avropa Kubokunda növbəti matçını keçirəcək

Əziz Əzizli
“Sabah” Avropa Kubokunda növbəti matçını keçirəcək

“Sabah” klubu FIBA Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək.

"Operativ Media" xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Yunanıstan təmsilçisi “Marussi” ilə qarşılaşacaq.

Marussi şəhərindəki “Maroussi Saint Thomas Indoor Hall”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Oyunu Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya) və Mladen Luçiç (Monteneqro) idarə edəcəklər.

“Sabah” evdə “Marussi”yə 70:82 hesabı ilə məğlub olub. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi “Norrçepinq Dolfins”ə isə 70:74 hesabı ilə yenilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər