Sabunçuda anbardan 24 min manatlıq oğurluq edilib
Nərmin Qocamanlı
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24.000 manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net