http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2023 , 12:17
DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunmuş 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə DSX Mətbuat Xidməti məlumat yayıb. Yanvarın ayının 20-də general-polkovnik Elçin Quliyevin başçılığı ilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə güllər düzmüşlər.  Dövlət Sərhəd Xidmətinin aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin 33-cü ildönümü münasibətilə hazırlanmış fotosərgiyə baxış keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə 33 il əvvəl Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində xalqımızın azadlığı, suverenliyi uğrunda vətən fədailərinin canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilmişdir.  Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanmışdır. Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyularaq ərazilərimizin erməni işğalından azad edildiyi, dəmir yumruğun düşməni darmadağın etməsi qeyd olunmuşdur. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidliyin zirvəsi” sənədli filmi nümayiş etdirilmişdir.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu