http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Nəsimi rayonunda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2023 , 12:27
Nəsimi rayonunda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

İlqar Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu