Menyu

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb

Nərmin Qocamanlı
Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə  baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan  marixuana,  psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb"

Əlaqəli Xəbərlər