Azərbaycan PL: 35 tur sonra 3 heç-heçə qeydə alındı
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 13-cü turu sülhsevərliyi ilə yadda qalıb.
"Operativ Media" xəbər verir ki, beş oyundan üçündə heç-heçə qeydə alınıb.
“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.
Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net