http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Frank De Bleker "Səbail" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodları şərh edib

11 Noyabr 2024 , 15:03
Frank De Bleker "Səbail" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Azərbaycan Premyer Liqasının 13-cü turundakı oyunda mübahisəli epizodları şərh edib.

"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

“Səbail” – “Turan Tovuz” 

42-ci dəqiqə:

“Səbail” komandasının 20 nömrəli oyunçusu (Mert Çelik) topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un 7 nömrəli oyunçusunun (İsmayıl Zülfüqarlı) ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur.

“Turan Tovuz”un 9 nömrəli oyunçusu (Kristian da Silva) penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un 11 nömrəli oyunçusu (Ayxan Quseynov) topu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu

Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu

"Qalatasaray"ın hücumçusu əməliyyat olundu

"Qalatasaray"ın hücumçusu əməliyyat olundu

Türkiyəli mütəxəssis "Qarabağ"ı ziyarət etdi

Türkiyəli mütəxəssis "Qarabağ"ı ziyarət etdi

XƏBƏR LENTİ
  • 20:57

    Rus qoşunları Xarkovda üç istiqamətdə hücuma keçib
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
  • 20:06

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
  • 20:03

    Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Menyu