Menyu

Xətaidə avtomobildən oğurluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Xətaidə avtomobildən oğurluq edən şəxslər saxlanılıb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.   

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15.000 manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomlobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar. 
Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Əlaqəli Xəbərlər