12 Noyabr 2024, 14:37
Ekvador millisinin gənc futbolçusu vəfat edib
Ekvador millisinin gənc futbolçusu vəfat edib şəkil
Ekvador millisinin gənc futbolçusu vəfat edib

Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Anqulo 22 yaşında vəfat edib.

"Operativ Media" xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.

Hadisə oktyabrın 7-də baş verib. Kito şəhərinin cənub-şərqində Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində avtomobildəki şəxslərdən ikisi hadisə yerində həlak olub.

Anqulo isə çanaq sümüyünün sınığı, pnevmotoraks, beyin ödəmi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir ay xəstəxanada yatan futbolçu həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 11-də vəfat edib.

Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.

Son xəbərlər
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı
Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
XİN Abu-Dabi görüşünün yekunlarına dair bəyanat yayıb
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR