http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

14 Noyabr 2024 , 09:26
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb.

"Operativ Media" xəbər ki, COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb.

2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış "Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.

Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.

Ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında "Nazirlər Bəyannaməsi”nin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir.

COP29 çərçivəsində keçirilən görüşdə TDT-yə üzv dövlətlərin-Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ekologiya və təbii sərvətlər nazirləri, həmçinin TDT-nin Baş katibi iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Gürcü xalqı bir müddət əvvəl keçirilmiş seçkilərdə öz demokratik iradəsini nümayiş etdirdi - ŞƏRH

Gürcü xalqı bir müddət əvvəl keçirilmiş seçkilərdə öz demokratik iradəsini nümayiş etdirdi - ŞƏRH

Olaf Şolts Kiyevə səfər edib

Olaf Şolts Kiyevə səfər edib

Suriya müxalifəti Hələbin yarıdan çox hissəsini nəzarətə götürüb

Suriya müxalifəti Hələbin yarıdan çox hissəsini nəzarətə götürüb

XƏBƏR LENTİ
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
  • 20:06

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
  • 20:03

    Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
  • 20:00

    Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
Menyu