Menyu

Xaçmazlı narkotacir Qubada beşbarmaq və narkotiklə saxlanılıb

Nərmin Qocamanlı
Xaçmazlı narkotacir Qubada beşbarmaq və narkotiklə saxlanılıb

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov  saxlanılıb. Həmin şəxsin üzərinə  baxış keçirilən zaman külli miqdarda  narkotik vasitə olan heroin,  psixotrop maddə olan metamfetamin, 1 ədəd  bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayon ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər