Menyu

Sabunçuda 65 yaşlı qadına daşla xəsarət yetirib telefonunu talamaq istəyən şəxs tutulub

Nərmin Qocamanlı
Sabunçuda 65 yaşlı qadına daşla xəsarət yetirib telefonunu talamaq istəyən şəxs tutulub

Yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parkda bir nəfərin Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talaması, geri istədikdə isə həmin şəxsin daşla onun sifətinə vurması barədə polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, N.Feyziyevə xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini,  əvvəllər məhkum olunmuş 40 yaşlı Vüqar Pirməmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər