Menyu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin matçlarının təqvimi açıqlandı

Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin matçlarının təqvimi açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

"Operativ Media" bu haqda AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

C liqasının 4-cü qrupunda yer alan millimiz 2025-ci ilin fevral, aprel və may aylarında Litva və Monteneqro komandaları ilə ümumilikdə 4 görüş keçirəcək.

Millimizin matçlarının təqvimini diqqətinizə çatdırırıq:

21 fevral: Azərbaycan - Monteneqro

4 aprel: Litva - Azərbaycan

8 aprel: Monteneqro - Azərbaycan

30 may: Azərbaycan - Litva  

Qeyd edək ki, qrupda birinci yeri tutacaq komanda Avropa çempionatının qrup mərhələsinə B Liqasından başlamaq şansı qazanacaq.

Teqlər:

"Qad\u0131n futbol\u00e7ulardan ibar\u0259t Az\u0259rbaycan millisinin mat\u00e7lar\u0131n\u0131n t\u0259qvimi a\u00e7\u0131qland\u0131"

Əlaqəli Xəbərlər