Neftçalada mağazalardan oğurluğa cəhd göstərən iki nəfər saxlanılıb

Nərmin Qocamanlı
Neftçalada mağazalardan oğurluğa cəhd göstərən iki nəfər saxlanılıb

Yanvarın 20-də saat 2 radələrində Neftçala şəhərinin Köhnə qəsəbə ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən iki nəfər Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların şəhər sakinləri E.Əhədov və F.Fərəcullayev olmaları məlum olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla onların rayon ərazisində daha bir mağazadan pul, 3267 manat dəyərində tütün məmulatı, yuyucu vasitələr, ərzaq məhsulları, bir evdən 1550 manat dəyərində qızıl-zinət və məişət əşyaları, bir aptekdən isə pul və orada quraşdırılan ödəmə terminalından 7521 manat oğurlamaları da müəyyən olunub.
Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər