Menyu

Ceyhun Bayramov İƏT baş katibi ilə görüşüb - YENİLƏNİB

Əsəd Abbaslı
Ceyhun Bayramov İƏT baş katibi ilə görüşüb - YENİLƏNİB

15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının  (İƏT) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Media"a verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.

Tərəflər arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüş xatırlanıb, bu kimi təmasların əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

İƏT çərçivəsində ətraf mühitin qorunması, yaşıl enerji kimi təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf Azərbaycan tərəfindən COP29-un uğurla təşkil olunmasının İƏT üçün qürurverici olduğunu bildirib, bu xüsusda ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb.

COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsinin regional və qlobal iqlim səyləri baxımından əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

21:30

Azərbaycanın Xarici İşlər naziri (XİN) Ceyhun Bayramov COP29 çərçivəsində Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Asad Xan ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan İƏT əməkdaşlığı, eləcə də Azərbaycanın COP29 sədrliyi dövründə əməkdaşlıq prespektivləri müzakirə edilib.

Teqlər:

"Ceyhun Bayramov \u0130\u018fT ba\u015f katibi il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər