Menyu

Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib

Əziz Əzizli
Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Səttar Möhbalıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər