COP29-un ilk həftəsində bir sıra mühüm razılaşmalar və təşəbbüslər əldə olunub.
"Operativ Media" xəbər verir ki, həmin razılaşmalar və təşəbbüslər aşağıdakılardır:
1-ci gün:
• Paris Sazişinin 6,4-cü bəndi üzrə razılaşma (emissiyaların azaldılması layihələrini müəyyən edir və dəstəkləyir, onların həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitinin cəlb edilməsinə təşviq edir)
• İqlim maliyyəsi üzrə vacib razılaşmalar.
2-ci gün:
• İllik maliyyə öhdəliyinin 75 milyarddan 170 milyarda artırılması üzrə razılaşma.
3-cü gün:
• Azərbaycanın təklif etdiyi "İtki və Zərər Fondu” dəstəkləndi.
4-cü gün:
• Asiya İnkişaf Bankı buzlaqların təsirinin azaldılması üçün $3.5 milyard elan etdi.
• Azərbaycanın Bank sektoru 2030-cu ilə qədər yaşıl layihələrə $1.2 milyard ayıracağını bəyan edib.
• İsveç BMT-nin Yaşıl İqlim Fonduna $730 milyon ayırıb.
5-ci gün:
• COP29 Hidrogen Bəyannaməsinin qəbul edilməsi.
• Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi yaradıldı.
6-cı gün:
• İlk dəfə COP29-da Rəqəmsallaşma Günü keçirildi.
COP29-la bağlı digər xəbərlər üçün keçid edin.
YouTube video






