Menyu

Rəsmi Bakı Stokholmda Qurani-Kərimin yandırılmasını pisləyib

Nərmin Qocamanlı
Rəsmi Bakı Stokholmda Qurani-Kərimin yandırılmasını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə paylaşım edib.

"Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, - paylaşımda deyilir.

Qeyd edək ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər