Menyu

PSJ-nin Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edildi

Əziz Əzizli
PSJ-nin Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edildi
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, federasiyanın Paris klubunun futbolçuya 55 milyon avro ödəməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Mbappe köhnə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən PSJ-dən FFF və UEFA-ya şikayət edib. Günahı sübut olunarsa, kluba transfer qadağası qoyula və hətta UEFA lisenziyası ləğv edilə bilər. Bu da komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılması anlamına gələcək.

Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. 25 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent kimi İspaniya təmsilçisi “Real”la müqavilə imzalayıb.

Əlaqəli Xəbərlər