22 Noyabr 2024, 21:44
Lionel Messinin komandasında baş məşqçi ayrılığı yaşanıb
Martino "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən istefa verib.
Lionel Messinin komandasında baş məşqçi ayrılığı yaşanıb şəkil
Lionel Messinin komandasında baş məşqçi ayrılığı yaşanıb

"Operativ Media" xəbər verir ki, klubun mətbuat xidməti argentinalı Xerardo Martinonun komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Belə xüsusi klubda işləmək və belə xüsusi komandaya rəhbərlik etmək böyük şərəf idi. “İnter Mayami”dəki işimdən həzz alırdım. Bu fürsətə görə təşəkkür edirəm” deyə Martino bildirib.

O, 2023-cü ildən "İnter Mayami"yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda ABŞ və Meksika Liqa Kuboklarının qalibi olub.

Argentinanın gənclərdən ibarət yığmasının baş məşqçisi Xavyer Maskeranonun “İnter Mayami”yə baş məşqçi təyin olunacağı gözlənilir.

Son xəbərlər
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib