23 Noyabr 2024, 14:13
Zaur Axundov: "Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox"
Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.
Zaur Axundov: "Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox" şəkil
Zaur Axundov: "Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox"

"Operativ Media" xəbər verir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Kəpəz” – “Araz-Naxçıvan” matçından (0:2) sonra Sportinfo.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:

“İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxardım, o futbolçuları qoymazdım. Fernandu Santuş olmur, kim olur-olsun”. 

Son xəbərlər
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
"Karvan" yeni baş məşqçisini açıqladı
DYP sürücülərə xəbərdarlıq edib
"Qarabağ"ın rəqibi müəyyənləşir
Magistratura, rezidentura və kolleclərə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
Yasamalda “BMW” yanıb - VİDEO
16 İyul 2025, 10:38
Bu il moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib