Polşa Berlinin Kiyevə tank vermədiyi təqdirdə beynəlxalq təcrid vəziyyətinə düşəcəyini bildirib

Nərmin Qocamanlı
Polşa Berlinin Kiyevə tank vermədiyi təqdirdə beynəlxalq təcrid vəziyyətinə düşəcəyini bildirib

Almaniya Ukraynaya Leopard verməsə, beynəlxalq təcrid vəziyyətinə düşəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Arkadiuş Mulyarçik Polşa radiosuna bildirib.

Bazar günü Almaniyanın  xarici işlər naziri Annalena Burbok bildirib ki, Almaniya, əgər varsa, Ukraynaya Almaniya istehsalı olan tankların tədarükü ilə bağlı ölkələrin müraciətlərinə müsbət cavab verməyə hazırdır.

Mulyarçikin sözlərinə görə, Berlinin bu yeni bəyanatı Mərkəzi və Şərqi Avropa ölkələri, Böyük Britaniya və ABŞ-ın təzyiqlərinin nəticəsidir.

Digər xəbərlər