Qurban Qurbanov jurnalistlər qarşısına çıxacaq
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 27-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 16:45-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Pyer Saqenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:45-də start götürəcək. Fransa təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Olimpik” görüşü saat 21:45-də başlayacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net