Menyu

"Qarabağ" - "Lion" matçı serbiyalı hakimlərə tapşırıldı

Əziz Əzizli
"Qarabağ" - "Lion" matçı serbiyalı hakimlərə tapşırıldı
1 dəq oxu

"Operativ Media" UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri qismində Nikola Boroviç və Başko Bozoviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də start götürəcək.

Əlaqəli Xəbərlər