28 Noyabr 2024, 18:27
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər şəkil
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə ümumilikdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

Qonaqlar "Azərkosmos"un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.

Onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə brifinq təqdim olunub.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
25 Yanvar 2025, 14:05
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb