Menyu

Miroslav Kloze: "Mahir Emrelinin sərt xasiyyəti var"

Əziz Əzizli
Miroslav Kloze: "Mahir Emrelinin sərt xasiyyəti var"

"Operativ Media" “Bild” qəzetinə istinadən xəbər verir ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.

46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: “Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər”.

Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır: “Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm”.

Teqlər:

"Miroslav Kloze: \"Mahir Emrelinin s\u0259rt xasiyy\u0259ti var\""

Əlaqəli Xəbərlər