03 Dekabr 2024, 11:28
Azərbaycanlı futbolçu Latviya klubundan ayrılma səbəbini açıqladı
Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Latviyanın "Qrobina" klubundan ayrılıb.
Azərbaycanlı futbolçu Latviya klubundan ayrılma səbəbini açıqladı şəkil
Azərbaycanlı futbolçu Latviya klubundan ayrılma səbəbini açıqladı

Bunu "Operativ Media"ya açıqlamasında futbolçunun özü bildirib.

O, Latviya klubu ilə müqaviləsinin başa çatdığını söyləyib.

"Qrobina" klubu ilə müqaviləm başa çatdı. Mənə yeni müqavilə təklif etmədilər. Buna səbəb son turda zədəli olduğum halda məni oynatmaq istəməkləri ola bilər. Zədəmin daha da pisləşməməsi üçün oynamaqdan imtina etdim. Çox güman buna görə mənimlə yeni müqavilə imzalamadılar".

N.Məmmədzadə karyerasını harada davam etdirəcəyinə hələki qərar verməyib.

"Menecerim klub axtarışlarını davam etdirir. Bütün variantları nəzərdən keçiririk. Böyük ehtimalla çıxış edəcəyim yeni komandanın adına qışda aydınlıq gələcək".

Qeyd edək ki, Nazim Məmmədzadə "Qrobina"da 13 matçda iştirak edib.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb