DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib

Əsəd Abbaslı
DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib
Daxili İşlər Nazirliyi (DİN) Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.

"Operativ Media" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

Qeyd edilib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına dair məlumat yayılıb.

Digər xəbərlər