04 Dekabr 2024, 10:43
Nazir: Hazırda 80-90 faiz uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur
Emin Əmrullayev bildirib ki, Azərbaycanda 10 uşaqdan 8-i məktəbəqədər tədris prosesinə cəlb olunur.
Nazir: Hazırda 80-90 faiz uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur şəkil
Nazir: Hazırda 80-90 faiz uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur

"Hazırda Elm və Təhsil Nazirliyinin ən böyük islahatı 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi olub. Hazırda 80-90 faiz uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur”

“Operativ Media” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransın açılış mərasimində deib.

Nazir bildirib ki, bunun müsbət nəticələrini bir müddət sonra görəcəyik: “Məktəbəqədər təhsilin ilkin təsirlərini 10-15 ildən, iqtisadiyyata olan nəticələrini isə 25-30 ildən sonra görəcəyik. Çünki hazırda məktəbəqədər təhsilə ilk dəfə gedən uşaqlar hələ 9 illik buraxılış imtahanını belə verməyib. Məktəbəqədər təhsil üçün göstərdiyimiz səylərin nəticələrini isə 15-20 ildən sonra cəmiyyət görəcək. Bu gün Azərbaycanda 10 uşaqdan 8-i məktəbəqədər tədris prosesinə cəlb olunur”.

Son xəbərlər
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edilib