04 Dekabr 2024, 15:49
Ayağı sınan "Turan Tovuz" futbolçusunun əməliyyatı niyə yubanır? - AÇIQLAMA
Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində "Sabah"la oyunda ayağı sınan Denis Marandiçinin ayağındakı hemotoma tam sovrulduqdan sonra əməliyat olunacaq.
Ayağı sınan "Turan Tovuz" futbolçusunun əməliyyatı niyə yubanır? - AÇIQLAMA şəkil
Ayağı sınan "Turan Tovuz" futbolçusunun əməliyyatı niyə yubanır? - AÇIQLAMA

Bunu "Operativ Media"ya açıqlamasında "Turan Tovuz" klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev deyib.

O, futbolçunun nə zaman yaşıl meydanlara qayıdacağının əməliyyatdan sonra bilinəcəyini bildirib.

"Əməliyyatın gecikməsi 1 gün və ya 3 gün də ola bilər. Ayağındakı hemotoma tam sovrulduqdan sonra əməliyat olunacaq. Əməliyatdan sonra yaşıl meydanlara qayıdış tarixi haqqında hansısa proqnoz vermək mümkün olar. Hər şey klub rəhbərliyinin və həkimlərimizin tam nəzarətindədir. Ən ideal yerdə əməliyyat olunması nəzərdə tutulub".

Qeyd edək ki, "Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a məğlub olaraq mübarizəni dayandırıb.

Son xəbərlər
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq