Menyu

Azərbaycan Boks Federasiyası yeni baş məşqçini komandaya təqdim edib

Əziz Əzizli
Azərbaycan Boks Federasiyası yeni baş məşqçini komandaya təqdim edib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, iclasda 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub.

ABF-in vitse-prezidenti Vüsal Nəsirli Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunmasını, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirib.

O, ardınca kişilərdən ibarət millinin baş məşqçisi Ravşan Xocayevi komandaya təqdim edib və təcrübəli mütəxəssisin qarşısına qoyulan hədəfləri açıqlayıb.

Əlaqəli Xəbərlər